(+994) 51 777 23 93
(+994) 55 293 73 71
(+994) 50 240 02 03
AZARO Plaza Təbriz küçəsi 106, Nərimanov rayonu, Bakı, Azərbaycan

KORDON QANI

bt_bb_section_bottom_section_coverage_image

Kordon Qanı

Zəngin kök hüceyrə mənbəyi olan kordon qanı son illər diqqət mərkəzindədir. Səbəb isə necə deyərlər «Min bir dərdin dərmanı» olmasıdır. Sümük iliyinə alternativ olan kordon immun çatışmazlıqlarının, ürək, sümük, qığırdaq, əzələ və nevroloji xəstəliklərin müalicəsi ilə yanaşı 80-dən çox xəstəliyin çarəsi kimi istifadə olunur. Serebral iflic, autizm, uşaqlarda eşitmə itkisi, I tip şəkərli diabet, Parkinson, MS (çox skleroz), romatoid kimi sinir sisteminin zədələnməsi kimi otoimmün xəstəliklərin müalicəsində istifadə oluna biləcəyi düşünülür. İstifadə məqsədinə görə kordon qanı otolog və allojeniklərə bölünür. Otolog qanın istifadəsinin məqsədi: Körpənizdə sonrakı illərdə hər hansı bir xəstəlik olması halında istifadə edilə bilməsi üsuludur. Allojenik banklarda, əksinə, kök hüceyrə transplantasiyasına ehtiyacı olan xəstələr üçün sağlamlıq müəssisələri tərəfindən qurulan və qan verəndən heç bir ödəniş almadan edilən əməliyyatları əhatə edir. Bədənin yeni orqanı rədd etməməsi üçün kordon qanı ilə orqan transplantasiyasında istifadəsi, ABŞ Səhiyyə Departamentinin bürosu olan FDA da daxil olmaqla bütün qurumlar tərəfindən təsdiq edilib.

 

Tez-tez Verilən Suallar

Zədələnmiş Hüceyrə və Toxumaların Bərpasında İnnovativ Yanaşmalarla Sağlam Həyata Addım Atın
Kordon qanı nədir və niyə kök hüceyrə mənbəyi kimi önəmlidir?

Kordon qanı, doğum zamanı körpənin göbək bağı və plasentasında olan zəngin kök hüceyrə mənbəyidir. Bu hüceyrələr sümük iliyi transplantasiyasına alternativ olaraq, immun çatışmazlıqlar, ürək və sinir sistemi xəstəlikləri də daxil olmaqla, müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.

Kordon qanı hansı xəstəliklərin müalicəsində istifadə edilə bilər?

Kordon qanı 80-dən çox xəstəliyin, o cümlədən serebral iflic, autizm, eşitmə itkisi, I tip şəkərli diabet, Parkinson, MS (çox skleroz), romatoid artrit və digər otoimmün xəstəliklərin müalicəsində potensial olaraq istifadə edilə bilir.

Otolog və allojenik kordon qanı nə deməkdir?

Otolog kordon qanı, körpənizin gələcəkdə xəstələnməsi halında öz qanının müalicə məqsədilə istifadəsidir. Allojenik kordon qanı isə donor qanı olaraq digər xəstələr üçün istifadə edilə bilən və sağlamlıq qurumları tərəfindən saxlanılan kordon qanı ehtiyatıdır.

Kordon qanı orqan transplantasiyasında necə istifadə olunur və təhlükəsizdirmi?

Kordon qanı orqan transplantasiyasında bədənin yeni orqanı qəbul etməsi üçün istifadə edilə bilər. Bu metod ABŞ Səhiyyə Departamentinin bürosu olan FDA tərəfindən təsdiqlənmiş və bütün təhlükəsizlik standartlarına uyğun hesab edilmişdir.

Kordon qanı üçün bizimlə əlaqə saxlayın.Bizimlə Əlaqə

    Adınız (tələb olunur)*

    Email (tələb olunur)*

    Telefon (tələb olunur)*

    Mesajınız